Oğuzda fərdi yaşayış evi yanıb

Bu gün səhər saat 06:20 radələrində Oğuz şəhər sakini,  Akif Qəhrəmanova məxsus,  ümumi sahəsi 164 kv/m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsindən evin dam örtüyü və iki otağın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

12.11.2017 13:27 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo