"ABŞ azad Asiya-Sakit okeanı regionunu dəstəkləyir"

ABŞ prezidenti Donald Tramp Vyetnam prezidenti Çan Day Kuanqomla birgə mətbuat konfransında bildirib ki, rəsmi Vaşinqton Asiya-Sakit okeanı regionunun azad və açıq olmasını dəstəkləyir.

Azadinform xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Birləşmiş Ştatlar güclü, müstəqil ölkələrin bir-birinin suverenliyinə hörmət etdiyi, qanunun aliliyinə tərəfdar olduğu və məsul ticarəti inkişaf etdirdiyi Hind-Sakit okeanı regionunun azad və açıq olmasına sadiqdir", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ bu regionda müstəqil, kənar dövlətlərdən idarə edilməyən tərəfdaşlara malik olmaq istəyir.

"Biz dürüst və ikitərəfli ticarət prinsiplərinə tərəfdar olan partnyorlarla ikitərəfli razılaşmalar imzalamağa cəhd edirik", - deyə Ağ Ev rəhbəri bildirib.

12.11.2017 12:08 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo