"Spice Girls" qrupu yenidən fəaliyyətə başlayacaq

1990-ci illərdə populyarlığın zirvəsində olan "Spice Girls" pop-qrupunun üzvləri 2018-ci ildə yenidən birləşərək birgə fəaliyyət göstərəcək.

Azadinform "The Sun" nəşrinə istinadən xəbər verir ki, belə gözlənilməz addıma televiziyada yeni şou veriliş və növbəti albomun buraxılması da daxil olmaqla bir sıra layihələr üzərində iş səbəb olub.

Viktoriya Bekhemin əvvəllər həmişə bu tip təkliflərə qarşı olduğunu bildirməsinə baxmayaraq, bu dəfə o da digər sabiq solistlərlə birgə buna razılıq verib.

Qrupun "Viva Forever" adlı mahnısı 1998-ci ilin əsas hiti olmuşdu və il ərzində musiqi çartlarının siyahısında qalmışdı.

12.11.2017 11:29 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo