DÇ-2018-in daha iki iştirakçısı bəlli olub

Rusiyada təşkil olunacaq DÇ-2018-in daha iki iştirakçısı bəlli olub. 

Azadinform-un məlumatına görə, Mərakeş və Tunis yığmaları da həlledici mərhələdə mübarizəaparacaqlar.

Afrika zonası üzrə seçmə mərhələnin oyunları zamanı bu iki komandanın mundiala yollanacağı bəlli olub.

A qrupunda Tunis öz meydanında Liviya ilə qarşılaşıb. Qolsuz heç-heçə edən meydan sahibləri 6 oyundan sonra xalını 14-ə yüksəldib və bu, onlara mundiala yollanmaq üçün kifayət edib.

Mərakeş isə C qrupunda son tur çərçivəsində səfərdə Fil Dişi Sahili üzərində inamlı qələbə qazanıb – 2:0. Nəticədə bu komanda qrup mərhələsini 12 xalla birinci pillədə başa vurub.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

12.11.2017 10:51 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo