Messi Argentina-Nigeriya matçını buraxacaq

"Barselona"nn forvardı Lionel Messi noyabrın 14-də Rusiyanın Krasnodar şəhərində keçiriləcək Argentina-Nigeriya matçını buraxacaq.

Azadinform xəbər verir ki, bu barədə Rusiya ilə oyundan sonra keçirilən mətbuat konfransında Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli məlumat verib.

Xatırladaq ki, Messi Rusiya ilə yoldaşlıq görüşündə 90 dəqiqə meydanda olub.

"Nigeriya ilə oyuna çıxacaq heyət haqqında düşünməmişəm. Oyundan sonra hər bir futbolçunun fiziki göstəricilərinin necə olacağına baxmaq lazımdır. Lakin Leo Messi olmayacaq. Bu gün oynamayanlar, Krasnodarda meydana çıxacaqlar.

Mundiala qədər az matçımız qalıb və oyunumuza qığılcım qatmalıyıq", — deyə "Çempionat" Sampaolinin sözlərini sitat gətirib.

11.11.2017 21:26 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo