Ölkəyə qanunsuz yolla külli miqdarda brilyant gətirən şəxs ifşa oldu

Adəm Abbaslı/AZADİNFORM. Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.

Daha sonra həmin vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı, vətəndaşın ayaqqabısının sol tayının içərisində 11 ədəd bükümdə müxtəlif ölçülü ağ rəngli qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən qaşlar ümumi çəkisi 185,12 karatlıq brilyantdır.

Faktla bağlı araşdırma aparılır.

11.11.2017 13:40 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo