Buludlu, tutqun, amma yağmursuz - Sabah hava belə olacaq

Adəm Abbaslı/AZADİNFORM. Noyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761  mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

11.11.2017 12:30 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo