"Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirilir"

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirilir.

Bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini qurumun yeni agentlik olduğunu vurğulayıb: "Prezidentin sərəncamı ilə həmin qurumun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində atılan addımlar çox böyük əhəmiyyət kəsb edir. Agentliyin yaradılması istiqamətində lazım olan hüquqi bazanın yaranması demək olar ki təmin edilib. Sərəncam və lazım olan işlər yerinə yetirilib. Bu yaxınlarda digər tamamlama işləri həyata keçiriləcək".

Ə.Əhmədov qeyd edib ki, həmin agentliyin böyük funksiyaları olacaq: "Təbiidir ki, agentliyin fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar var ki, həmin qurumlar da bu günə qədər qida təhlükəsizliyi funksiyası həyata keçirib. O funksiyalar həmin qurumlardan alınıb vahid bir mərkəzdə cəmləşəcək, bu proses həm hüquqi, həm texniki, həm də təşkilati baxımdan bir neçə vəzifənin yerinə yetirilməsini tələb edir. Onların üzərində iş aparılır". (Trend)

11.11.2017 11:15 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo