"Marsel" Patris Evra ilə müqaviləni ləğv edib

Fransanın "Marsel" klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib.

Azadinform xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna Evranın Avropa Liqası çərçivəsində "Vitoriya Gimaraynş"la oyun öncəsi azarkeşin başına ayaqla zərbə vurması səbəb olub.

Bundan əvvəl isə UEFA Patris Evranı 2017/2018-ci illər mövsümündə avrokubok oyunlarında iştirakdan kənarlaşdırıb.

10.11.2017 23:48 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo