Xeyli sayda kəsilmiş at daxili orqanları və sümükləri aşkar edilib

Bərdə rayonunda xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib.

Heyvanlara məxsus hissələri rayonun Mirzəxan kəndindən keçən Qarabağ su kanalında yerli sakinlər tapıblar.

Kənd sakinlərinin sözlərinə görə, naməlum şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır. Bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. 

Yerli sakinlər bu barədə hələlik heç bir quruma məlumat vermədiklərini bildirirlər. 

Bərdə Rayon Baytarlıq İdarəsindən vəziyyətdən xəbərsiz olduqları bildirilib, tərəflərindən əraziyə baxış keçiriləcəyi qeyd edilib. (report)

10.11.2017 21:15 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo