Millinin futbolçusu "Beşiktaş"la müqavilə bağlayıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Günay İsmayılova karyerasını Türkiyədə davam etdirəcək.

Azadinform AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı qapıçı “Beşiktaş”a transfer olunub. O, İstanbul təmsilçisi ilə 6 aylıq müqavilə bağlayıb.

Qeyd edək ki, G.İsmayılova “Fidan” klubunun formasını geyinirdi.

10.11.2017 19:43 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo