Türkiyə və Rusiyanın birgə hərəkət etməsi münaqişənin həllinə təsir edə bilər

Leyla Məhərrəmova / AZADİNFORM. “Rusiya və Türkiyə prezidentlərinin 13 noyabrda baş tutacaq görüşündə Suriya və İraq, YPG və PYD məsələsi, iqtisadi münasibətlərin danışıqlar mövzusu olmasını gözləyirəm”.

Bu fikri Azadinform-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin analitiki Çağatay Balcı deyib. O qeyd edib ki, Türkiyə və Rusiyanın bir çox siyasi məsələlərdə birgə hərəkət etməsi irəliləyən zamanlarda Dağlıq Qarabağ münaqişəsinin də həllinə təsir edə bilər.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edərək həmkarı Vladimir Putinlə görüşəcək. Ərdoğan türkiyəli jurnalistlərə açıqlamasında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi onların görüşündə müzakirə mövzularından biri olacaq.

10.11.2017 14:45 / Baxılıb: 598 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo