Eldar Mahmudovun yenidən ifadəsi alınıb 3 saata yaxın dindirilib (Yenilənib 2)

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb. 

Məlumata görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib. 

O, 3 saata yaxın dindirilib. (apa)


12:54



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib. E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib. (apa)

10.11.2017 13:27 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo