Ağ Evdən təkzib: ABŞ Ukraynaya silah verməyəcək

Leyla Məhərrəmova / AZADİNFORM. Ağ Ev ABŞ mediasının Vaşinqtonun Ukraynaya silah verəcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.

Azadinform-un məlumatına görə, ABŞ prezidenti Donald Trampı Asiya səfəri zamanı müşayiət edən yüksək rütbəli rəsmi Rusiyanın TASS agentliyinə açıqlamasında bildirib ki, bu məlumat tamamilə yanlışdır.

Qeyd edək ki, bir müddət öncə “Wall Street Journal” adları çəkilməyən ABŞ rəsmilərinə istinadən, Vaşinqtonun Kiyevi silahla təmin edəcəyi barədə xəbər yaymışdı.

10.11.2017 11:30 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo