BMT-də islahatlar aparılmalıdır Qətərdən çağırış

Samir Soltanov/AZADİNFORM. Qətər Birləşmiş Millətlər Təşkilatında (BMT) təcili olaraq islahat aparılması üçün çağırış etdi. 

Azadinform xəbər verir ki, bu barədə Qətərin rəsmi xəbər agentliyi QNA məlumat yayıb. Bildirilir ki, BMT-nin Qətər üzrə Daimi Nümayəndəliyinin sədr müavini Təlal Al Xəlifə “BMT Təhlükəsizlik Şurasında Ədalətli Nümayəndəlik və Üzvlərinin Artırılması” adlı iclasda BMT-də təcili olaraq əhatəli bir islahat aparılmasının vacibliyini vurğuladı: “Qətər BMT-də islahatların aparılması üçün üzv ölkələrlə danışıqlar aparacaq. Qərarların zamanında yerinə yetirilməsi, hesabatın vaxtında verilməsi üçün islahat zəruridir. BMT-də ilk öncə Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”. 

10.11.2017 11:00 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo