Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb.

Məlumata görə, Yardımlı və Cəlilabad rayon polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb. Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbi bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyənləşib.

Həmin əraziyə baxış zamanı narkotik tərkibli “T-DOL-200” adlı 10.000 ədəd həb aşkarlanaraq götürülüb.

Faktla bağlı  araşdırmalar davam etdirilir. (apa)

9.11.2017 15:51 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo