Xızıda 126 ədəd partlamamış hərbi sursat aşkarlanıb

AZADİNFORM. Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Azadinform-a daxil olan məlumata əsasən, noyabrın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 126 ədəd partlamamış hərbi sursat (PHS), 174 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 526 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 883 063 kv.m (88.31 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 64 gün ərzində 14 694 ədəd partlamamış hərbi sursat (PHS), 6 795 ədəd partlamış-yanmış sursat qalıqları və 64 085 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 62 328 885 kv.m (6 233 ha) ərazi yoxlanılıb.

9.11.2017 11:06 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo