Geosiyasi aktorlar siyahısına Hollywoodu da əlavə etmək istəyirəm

Leyla Məhərrəmova / AZADİNFORM. “Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “New York Times”, “Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, C.Soros kimi şəxslər də geosiyasi aktorlardır”.

Azadinform xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün Facebook hesabında yazıb.  O qeyd edib ki, geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm: “Burada baş verən proseslər maraqlı suallar doğurur. Hüquqlarının qorunduğu demokratik ölkələrdə meqaulduzlar nə üçün bu ittihamları ötən 20-30 il ərzində səsləndirməyiblər? Nə tez bu proses belə siyasiləşdi?” O əlavə  edib ki, Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi: “Bəzi ölkələrdə bu məsələdən siyasi məqsədlərə çatmaq üçün istifadə cəhdləri müşahidə olunur”.

8.11.2017 16:11 / Baxılıb: 254 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo