Festivalın keçirilməsi qeyri-neft sektorunun inkişafını göstərir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanda şopinq festivalın keçirilməsi qeyri-neft sektorunun inkişafını göstərir. Xüsusilə ölkəyə turist axını baxımından əlverişli layihədir”. 

Azadinform xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan bakushopfest.com saytına açıqlamasında bildirib. Səfirin sözlərinə görə, belə festivalı təşkil etmək ilk növbədə böyük iqtisadi potensial tələb edir: “Şopinq Festivalın əhəmiyyəti həm də ondadır ki, bu, ölkənin istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti artıq ikinci dəfədir, şopinq festival keçirir. Və nəticədə ölkəyə turist axını müşahidə olunur. Hindistandan gələn turistlər də Bakı şopinq fetsivalına maraqla yanaşırlar. Məlum olduğu kimi, Bakıda böyük Hindistan sərgisi təşkil olundu. Bu sərginin iştirakçıları da festivalın əlverişli imkanlarından yararlandılar”. 

8.11.2017 15:22 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo