Nazarbayev məmurları xarici avtomobillərdən düşürdüAZADİNFORM. Qazaxıstan prezidenti Nursultan Nazarbayev məmurları «Toyota»lardan düşüb yerli istehsallı avtomobillərə minməyi əmr edib. Bu gün hökumətin iclasında çıxış edən dövlət başçısı sənaye inkişafı proqramı çərçivəsində müəssisələrdə istehsal olunan məhsulların dəstəklənməsinin zəruriliyini bildirib. «Biz hansı maşınları alırıq? Hamı “Toyota” alır. Onlar bizim istehsal etdiyimiz maşınlarda gəzsələr nə olar? Kim buna nəzarət edir? Onlar əgər onlarda gəzmirlərsə, nəyə görə biz sənayemizi qururuq?» «Azadinform» «İTAR-TASS»-a istinadən xəbər verir ki, prezident yerli maşınların istehsalını dövlət sektoru və milli kompaniyaların hesabına 3-4 dəfə artırmağın mümkünlüyünü deyib. «Kustanay zavodu yaxşı UAZ-lar istehsal edir» - deyə o xatırladıb.
27.01.2012 17:04 / Baxılıb: 39 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |