Musiqili Teatrda Hacı Qaranın premyerası olacaq

Gültən Qədirli/AZADİNFORM. Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq.

Teatrın Mətbuat xidmətindən Azadinform-a bildirilib ki, premyerası keçiriləcək səhnə əsəri Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasıdır. 

Bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü – 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq. Saat 12:00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur. 

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı “Hacı Qara” iki hissəli komediyasına baxmağa dəvət edir. 

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

8.11.2017 13:43 / Baxılıb: 196 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo