XİN: Putin Trampla görüşməyə hazırdır

Leyla Məhərrəmova / AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin APEC sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşməyə hazırdır.

Azadinform-un məlumatına görə, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib.

O qeyd edib ki, görüşün proqramı hazırlanmaqdadır. Lavrov vurğulayıb ki, biz Donald Trampın Putinlə görüşmək barədə bəyanatını eşitdik: “Prezident Putin də buna hazırdır. Amerikalı həmkarlarımız da bunu bilir”.

XİN rəhbəri əlavə edib ki, görüşün proqramı məlum olan kimi bu barədə məlumat veriləcək.

8.11.2017 11:06 / Baxılıb: 291 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo