Ərini amansızlıqla öldürdü - Bakıda

Bakıda qətl törədilib.

Məlumata görə, paytaxtın Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.

Hadisəni törədən T. Vəliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (Apa)

8.11.2017 10:05 / Baxılıb: 539 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo