AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb


AZADİNFORM. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex yanvarın 31-dən fevralın 2-dək Azərbaycanda səfərdə olacaqlar.

Azadinform” AŞ PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində həmməruzəçilər Azərbaycanın dövlət və hökumət nümayəndələri, siyasi partiyaların rəhbərləri, QHT-lərin və medianın təmsilçiləri ilə görüşlər keçirəcəklər.
Həmməruzəçilərin səfərin yekunlarına dair mətbuat konfransı olacaq.

27.01.2012 15:30 / Baxılıb: 29 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo