Adəm Abbaslı/AZADİNFORM. Havaların daha da pisləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ayın sonunadək davam edəcək, hava daha da şaxtalı keçəcək, fasilələrlə yağıntılı olacaq, qar yağacaq.
Meteoroloqlar yanvarın 28-i və 29-na keçən gecə bəzi yerlərdə yağıntının intensiv və güclü olacağı haqqında proqnoz veriblər. Şimal-qərb küləyinin sürəti saniyədə 10-15 metrə çatacaq. 28-də arabir 20-25 metrədək güclənəcək. Yollar buz bağlayacaq.
Yanvarın 27-si axşam və 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur. Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüz saatlarınadək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Rayonlarında da yanvarın 28-də arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Bölgələrdə havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.