Alim Qasımov və Fərqanə Qasımova konsert proqramı ilə çıxış edib

Xalq artisti, məşhur xanəndə Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Türkiyənin İstanbul şəhərində konsert proqramı ilə çıxış edib.

Bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan "Beynəlxalq Gənc Ədəbiyyatçıların görüşü" festivalı çərçivəsində Türkiyəyə dəvət olunan sənətkarın konserti İstanbul Universitetinin Cəmil Bilsəl konfrans salonunda keçirilib.

Konsertdə tələbələrlə yanaşı, İstanbulda yaşayan həmvətənlərimiz də iştirak edib. İki saat davam edən tədbirdə tamaşaçılar Alim Qasımovu ayaq üstə alqışlayıblar.

Xanəndə açıqlamasında İstanbulda olmaqdan xoşbəxt olduğunu deyib: "Biz daha çox başqa ölkələrdə sənətimizi səhnəyə qoymuşuq. Ancaq Türkiyədə də əvvəllər konsert proqramı ilə çıxış etmişəm. Əlaqələrimiz o qədər yaxındır ki, elə bilirəm Azərbaycandayam. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. (report)

Mən doğrudan da gözləmədiyim bir halla qarşılaşdım burda. Salonda hər kəs eşqlə, sevgiylə dinləyirdi və alqışlayırdı məni. Qürurlandım. Hər kəs "Qarabağ şikəstəsi"ni oxumağımı istəyirdi. "Qarabağa şikəstəsi" Allahın köməyi ilə elə Qarabağda da səslənəcək. Həm kədərlənir, həm də şad oluram ki, Qarabağ hər kəsin qəlbindədir".

5.11.2017 11:18 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo