Azərbaycanda Üçtərəfli Sosial Şura yaradılıbHəbibə/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial tərəfdaşlıq, əməyin mühafizəsi və qiymətləndirilməsi və iş yerlərinin akkreditasiyası mövzusunda sosial tərəfdaşların, beynəlxalq ekspertlərin, müəssisə, idarə və təşkilatların əməyin mühafizəsinə məsul şəxslərin iştirakı ilə konfrans keçirilib. “Azadinform” xəbər verir ki, konfransda sosial tərəfdaşlar tərəfindən təhlükəsizlik və sağlam əmək şəraiti üzrə Milli üçtərəfli sosial Şuranın yaradılması ilə bağlı qərar qəbul edilib və şuranın əsasnaməsi təsdiq olunub. Şurada Əmək və Əhalinin Sosial Müdafiəsi, Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyası və Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyası təmsil olunur. Şuranın yaradılması haqqında sənədi nazir Füzuli Ələkbərov, HKM sədri Səttar Mehbalıyev və SKM sədri Məmməd Musayev imzalayıb.
27.01.2012 12:53 / Baxılıb: 43 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |