Bəstəkar Məmməd Nəsirbəyovun 120 illiyi qeyd ediləcək

Eşqin Nuruşov/AZADİNFORM. Noyabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında Naxçıvanın ilk bəstəkarı, ictimai xadim Məmməd Nəsirbəyovun 120 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.

Azadinform xəbər verir ki, gecədə sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi açılacaq, bəstəkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olunacaq.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirdə sənətkarın yaradıcılığından danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Tədbir çərçivəsində təşkil olunacaq konsert proqramını Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

4.11.2017 10:22 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo