AŞ PA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılıb

AZADİNFORM. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. “Azadinform” xəbər verir ki, sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb.

Yazılı bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞ PA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.
Bəyanatda Xocalı soyqırımının Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olduğu qeyd edilir. Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırılır. "Bütün bunları nəzərə alaraq, biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti, o cümlədən AŞ PA-nı bu qeyri-insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı Qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq" – deyə sənəddə vurğulanır.

27.01.2012 11:08 / Baxılıb: 33 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo