Bakı İncəsənət Festivalı yeni cərəyanlar və ideyalar məkanıdır

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün YARAT Müasir İncəsənət Məkanında “M.A.P” Bakı İncəsənət Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

Azadinform xəbər verir ki, konfransda çıxış edən YARAT-ın bədii və strateji direktoru Björn Geldhof bildirib ki, yeni layihə teatr sənəti ilə bağlıdır: “Bu festival vasitəsilə teatra yeni baxış tərzi formalaşır. Bədii proqramlarla bərabər müxtəlif sərgilər vasitəsi ilə insanlara teatr haqqında məlumat veririk. Bu, bizim üçün ilk fürsətdir ki, teatr haqqında ictimaiyyətə daha geniş məlumat çatdıraq. Bənzəri və oxşarı olmayan layihə özlüyündə müxtəlif sənət janrlarını ehtiva edir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq. Ümid edirəm, bu sahədə atılan addımlar gələcəkdə daha geniş şəkildə davam edəcək. YARAT olaraq əminik ki, internetin təsiri və zamanın tələbləri nə qədər olsa da teatr bizə hava və su kimi lazımdır”. 

Tədbirin təşkilatçılarından olan “Bakcell” şirkətinin baş direktoru Nikolai Beckers və layihənin kuratoru Ülviyyə Axundova festival haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, 1-6 noyabr tarixlərində keçiriləcək İncəsənət Festivalı tamaşaçıların müasir dramaturgiya, teatr, musiqi və kino sahəsində yeni cərəyanlar və ideyalar ilə tanış ola biləcəkləri bir məkandır. 

Festival günlərində əsl teatr və musiqi sevərlər üçün Rusiya, İsrail, Gürcüstan teatrlarının aparıcı aktyorları və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri maraqlı proqramlarla çıxış edəcəklər. Sonda festivalın günlük proqramı təqdim olunub. 

Qeyd edək ki, “M.A.P” Bakı İncəsənət Festivalı “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Festival bu gündən etibarən fəaliyyətə başlayıb.

1.11.2017 16:03 / Baxılıb: 206 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo