Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. 

Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.  

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. (apa)

1.11.2017 13:43 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo