Azərbaycan Türkiyədəki sərgidə təmsil olunacaq

AZADİNFORM. Türkiyənin İstanbul şəhərində noyabrın 4-7-də Beynəlxalq Kitab Sərgisi baş tutacaq.

Bu barədə Azadinform-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sərgidə iştirak etmək üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbula səfər edəcək.

Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Azərbaycanın zəngin mədəniyyətinin, sürətli inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Həmçinin sərgi-yarmarka boyunca bir sıra tədbirlər keçiriləcək. Belə ki, 4 noyabr saat 15:00-da milli pavilyonda 300 illiyi münasibətilə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunan tədbir və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “M.P.Vaqif. Biblioqrafiya” kitablarının təqdimat mərasimi, 5 noyabr saat 13:00-da milli pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildən etibarən həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi üzrə türkcə çap olunan 8 kitabın təqdimat mərasimi keçiriləcək.

31.10.2017 19:17 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo