İrandan AB-yə əks-hücum

AZADİNFORM. Tehran Avropa Birliyinin İrandan neft idxalının dayandırılması qərarına Avropaya neft ixracatını dayandırmaqla cavab verməyə hazırlaşır. “Azadinform” RİA “Novosti”yə istinadən xəbər verir ki, iranlı deputat Həsən Qafurifərd parlamentin internet saytında yerləşdirilən açıqlamasında bildirib ki, Avropaya neft ixracatının dərhal dayandırılmasını nəzərdə tutan qanun təklifi yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Qafurifərd qanun layihəsinin AB-nin İrana neft embarqosu başlamadan İranın Avropaya neft ixracatını dayandırmasını nəzərdə tutduğunu söyləyib. Deputat layihə ilə bağlı müzakirələrin yanvarın 29-da başlayacağını deyib. AB-yə ixrac edilən neftin İranın bütövlükdə ixracat həcminin 18 faizini təşkil etdiyini bildirən deputatlar bu addımın dərhal atılmasını istəyirlər. İranlı deputatlara görə, bu addımdan Tehrandan çox, AB ölkələri zərər çəkəcək.

26.01.2012 16:53 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo