Mübariz Qurbanlı: Ermənistan xarici dəstəkdən ruhlanaraq qeyri-konstruktivlik nümayiş etdirirAZADİNFORM. ‘Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması və birgə bəyanatın qəbul olunması müsbət hadisədir. Bəyanatda əksini tapan məsələlər diplomatik baxımdan Azərbaycanın üstünlüyünü nümayiş etdirir”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Ermənistan tərəfi həmişə imzalanan bəyanatlara Dağlıq Qarabağın oyuncaq rejimini də əlavə etmək istəyir. Bu cəhdin baş tutmaması Azərbaycanın atdığı diplomatik addımların nəticəsidir. Onun sözlərinə görə, Ermənistan siyasətçilərinin əksəriyyətinin fikirləri belədir ki, Sarkisyan Soçidə diplomatik baxımdan Azərbaycan prezidentinə məğlub olub. “Əlbəttə, məsələ ilə bağlı mürəkkəb proses gedir. Azərbaycan tərəfi səmimiyyət nümayiş etdirir, amma Ermənistan ona verilən xarici dəstəkdən ruhlanaraq qeyri-konstruktivlik nümayiş etdirir. Əks halda Ermənistan Azərbaycanla üz-üzə, təkbətək bu cür hərəkət edə bilməz. Ümumiyyətlə, münaqişənin həlli ilə bağlı proqnoz vermək çətinləşib. Problem ona görə həll olunmur ki, bu münaqişə ilə əlaqədar böyük dövlətlər həm ortaq məxrəcə gələ bilmir, həm də bütövlükdə öz maraqlarını ifadə edirlər. Digər tərəfdən, Fransa Senatı göstərdi ki, Qərb dünyasında bu münaqişə ilə bağlı ədalətli mövqe görünmür. Bu ədalətsizlik isə bizi daha çox toparlanmağımıza və iqtisadi gücümüzü artıraraq düşmənə qarşı onu taqətdən salmaq siyasətimizi davam etdirməyə sövq edir” - deyə M.Qurbanlı vurğulayıb.
26.01.2012 15:46 / Baxılıb: 23 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |