Bəyanat: Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinə yenidən baxılmalıdırAZADİNFORM. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutan qanun qəbul etməsinə bəyanatla münasibət bildirib. VHP-dən “Azadinform”a daxil olan bəyanatda deyilir ki, tarixdə baş verməyən bir hadisəni, qondarma erməni soyqırımının bir sıra dünya ölkələrinin parlamentlərində rəsmən tanınması əslində Türkiyəyə siyasi-iqtisadi təzyiqin bariz nümunəsidir. Türkiyə dəfələrlə Osmanlı arxivini tarixçilərin üzünə açmağa hazır olduğunu və gerçəkliyin üzə çıxmasında marağını ifadə etməsinə baxmayaraq, hələ də bu müraciətlər nəticəsiz qalıb, tarixi faktları araşdırmaq əvəzinə isə Fransa Senatı daha ilginc bir qanun qəbul etdi. “Erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutan bu qanun, Türkiyəyə təzyiq olmaqla bərabər, həm də insan hüquq və azadlıqlarının beşiyi olan Fransa və Avropa dəyərlərinə qarşı yönəlib: “Təsadüfü deyil ki, qanunun ifadə azadlığını məhdudlaşdırdığını dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da etiraf edir və bu qanuna qarşı çıxırlar. Hər kəsin fərqli düşünmək və danışmaq hüququnu tanıyan Fransa Senatının “erməni soyqırımını” inkar edən vətəndaşına 1 illik cəza və ya 45 min avro cərimə qanunu, əlbəttə ki, fundamental insan azadlığına kəskin ziddiyyət təşkil edir”.
26.01.2012 15:24 / Baxılıb: 32 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |