Strateji Araşdırmalar Mərkəzi hesabatını açıqlayıbAZADİNFORM. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildəki fəaliyyətinə dair hesabat açıqlayıb. SAM-dan “Azadinform”a verilən məlumata görə, Mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliliyi ilə fərqlənib. Yeniliklərə misal olaraq Cənubi Qafqazda ilk beynəlxalq akademik “Caucasus İnternational” jurnalının təsis və nəşr edilməsi, Türkiyə, Rusiya, İtaliya, Argentina, Yunanıstan və Polşanın aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq haqqında Memorandum və sazişlərin imzalanmasını, xarici KİV təmsilçilərinin Azərbaycana silsilə səfərlərinin təşkil edilməsini, milli müzakirələrin, eləcə də, konfrans və Dəyirmi masaların canlı Twitter konfransı formatında təşkilini, dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik məqalə müsabiqəsinin keçirilməsini, respublikanın dinamik sosial-iqtisadi inkişaf göstəricilərini əyani əks etdirən multimedia vəsaitlərinin hazırlanmasını, xarici beyin mərkəzlərinin nümayəndələri ilə birgə nəşrlərin çap edilməsini və s. qeyd etmək olar.
26.01.2012 11:17 / Baxılıb: 32 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |