Lan qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfat var

Güclü “Lan” qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfata yol açıb.

Azadinform-un məlumatına görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Fukuoka şəhərində bir nəfər ölüb. Regionlarda 5,6 min ailənin məcburi evakuasiya ediləcəyi elan edilib, 376 ailəyə isə evlərini tərk edərək daha təhlükəsiz rayonlara getmək tövsiyə olunub.

Hazırda “Lan” saatda 45 km sürətlə Xonsyu adasının cənubuna doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 162 km-ə çatır. 

22.10.2017 18:27 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo