Argentinada parlament seçkiləri keçirilir

Bu gün Argentinada parlament seçkilərində səsvermə başlayıb.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərin nəticəsində Deputatlar Palatasında 257 yerdən 127-i, Senatda 72 yerdən 24-ü yenilənəcək.

Müşahidəçilər əsas diqqəti Buenos-Ayresə yönəldib. Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kuşner bu regiondan Senat üzvlüyünə namizədliyini irəli sürüb və bu məqsədlə Vətəndaş Həmrəyliyi Alyansı yaradıb. Sabiq prezidentin əsas rəqibi keçmiş təhsil naziri, hakim “Gəlin Dəyişək!” Alyansının siyahısına rəhbərlik edən Esteban Bullriçdir. Avqustun 13-də keçirilmiş ilkin seçkilərdə Kristina Fernandes de Kuşner və onun tərəfdaşı olan sabiq xarici işlər naziri Xorxe Tayna 33,95 faiz, hökumət tərəfdarları isə 33,74 faiz səs alıb. Vətəndaş Həmrəyliyi Alyansı bu dəfə də qalib gəlsə, Buenos-Ayres əyaləti üzrə Senatda 2 yer qazanacaq. Ancaq son sorğular hakimiyyətyönümlü namizədlərin şansının daha çox olduğunu göstərir.

Seçkilər yerli vaxtla saat 18.00-da başa çatacaq. 

22.10.2017 17:54 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo