Madaqaskarda taun epidemiyasından 107 nəfər ölüb

Madaqaskarda taun epidemiyası 107 nəfəin həyatına son qoyub.

Azadinform xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Qeyd edilir ki, daha 1150 nəfərin bu xəstəliyə yoluxduğu ehtimal edilir. Laboratoriya testlərinin məlumatına görə, 300 yoluxma hadisəsi rəsmən təsdiqlənib.

Madaqaskarla yanaşı, Afrikanın digər ölkələrində - Konqo Demokratik Respublikasında, Tanzaniyada da tauna yoluxmayla bağlı hadisələr praktik olaraq hər il qeyd edilir.

"Builki epidemiya daha çox təhlükəlidir", - deyə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin federasiyasından bildirilib. Bu, onunla bağlıdır ki, yoluxma hadisələri ekspertlərin proqnozlaşdırdığından daha erkən dövrdə qeydə alınıb. 

22.10.2017 17:16 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo