Əfqanıstanda 40 İŞİD silahlısı məhv edilib

ABŞ-ın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının təlim düşərgəsinə hava zərbəsi endirib.

Azadinform-un məlumatına görə, bu barədə "Khaama Press" agentliyi xəbər verib.

Qeyd edilir ki, əməliyyat ölkənin şərqindəki Nanqarhar vilayətində keçirilib. Zərbə nəticəsində azı 40 silahlı məhv edilib.

Yerli təhlükəsizlik orqanı məmurunun sözlərinə görə, hava zərbəsi nəticəsində həmçinin terrorçuların silah ehtiyatı və partlayıcı vasitələri də məhv edilib.

Hakimiyyət orqanları rəsmilərinin məlumatında bildirilir ki, düşərgədə kamikadzelər hazırlanırmış.

22.10.2017 17:05 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo