Ağ Ev ABŞ-ın sabiq prezidentini Şimali Koreyaya buraxmayıb

ABŞ-ın sabiq prezidenti Cimmi Karter bəyan edib ki, Ağ Ev ona hazırki administrasiya adından danışıqlar aparmaq üçün Şimali Koreyaya getməyə icazə verməyib.

Azadinform RİA “Novosti"yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı prezident Donald Trampın milli təhükəsizlik üzrə köməkçisi Gerbert Makmaster ilə danışıqlar aparıb. Lakin rədd cavabı alıb.

“Bəli, mən Şimali Koreyaya getmək istərdim. Ona (G. Makmesterə - red) dedim ki, əgər lazım olsam, onların ixtiyarında olacam", - deyə sabiq dövlət başçısı bildirib.

Qeyd edək ki, 90-cı illərin ortalarında C.Karter o vaxtkı prezident Bill Klintonun göstərişi ilə Şimali Koreyaya səfər edib. O, KXDR-in sabiq başçısı, indiki liderin atası Kim Çen İnlə danışıqlar aparıb. 

22.10.2017 16:35 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo