Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik keçirilib

AZADİNFORM. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından Azadinform-a verilən məlumata görə, iki yaş qrupunda təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. 

Naxçıvan şəhər, Naxçıvan Hərbi Liseyi, Culfa və Şərur komandalarının yeniyetmə cüdoçuları medallar uğrunda yarışıblar.

U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.

U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.

U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub. 

22.10.2017 16:21 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo