Rusiyada iki minik avtomobili toqquşub, 5 nəfər ölüb

Ötən gecə Rusiyanın Çelyabinsk vilayətinin Arqayaşsk rayonunda  “Kia” və “VAZ-21074” markalı minik avtomobilləri toqquşub.

Azadinform-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Dolqoderevensk — Kıştım magistralının 28-ci km-də baş verib.

Nəticədə “Kia” markalı avtomobilin sürücüsü və “VAZ-21074” markalı minik avtomobilinin 3 sərnişini hadisə yerində həyatlarını itirib. “VAZ-21074”-in sürücüsü və bir sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq,  “VAZ-21074”-in sürücüsü xəstəxanada həyatını itirib. 

22.10.2017 14:32 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo