ABŞ-da oteldə partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb

ABŞ-ın Konnektikut ştatının Mensfild şəhərində yol kənarında yerləşən oteldə baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

Azadinform xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NBC telekanalı məlumat yayıb.

İnsident "Spring Hill" mehmanxanasında baş verib. Hadisə yerinə fövqəladə hallar xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İnsidentin səbəbləri və hansı şəraitdə baş verdiyi araşdırılır.

22.10.2017 12:43 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo