Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanın Miqrasiya Xidiməti tərəfindən aparılan əməliyyat nəticəsində tikintidə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 Azərbaycan vətəndaşı saxlanılıb.

Yoxlama zamanı həmçinin onların Şimali Qazaxıstan vilayətində qeydiyyatsız yaşadıqları ortaya çıxıb.

Belə olan halda Azərbaycan vətəndaşları Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinin eyni anda iki hissəsi üzrə qanun pozuntusuna yol vermiş olublar.

Faktla bağlı inzibati protokol tərtib edilib. Toplanan materiallar məhkəməyə göndəriləcək. Orada həm işçilərin, həm də işverənlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacaq. (report)

22.10.2017 12:08 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo