Bu gün "Qəbələ" "Qarabağ"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.

Azadinform-un məlumatına görə, "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü FİFA referisi Ömər Paşayev idarə edəcək.

Meydan sahibləri hətta minimal hesabla qalib gəlsələr, "Qarabağ"la şəxsi oyunlarda üstünlük əldə edərək, liderliyə yüksələcəklər.

"Qarabağ" qalib gəlsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 4-ə çatdıracaq. Üstəlik, bu komandasının "Səbail"lə təxirə salınmış oyunu da var. "Qarabağ" və "Qəbələ"nin ilk dövrədə "Azərsun Arena"da keçirilmiş görüşündə "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.

Topaz Premyer Liqası, IX tur

22 oktyabr

18:30. "Qarabağ" - "Qəbələ"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Şaiq Həmidov

22.10.2017 11:27 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo