ABŞ-da silahlı şəxs insanlara atəş açıb

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs basketbol meydançasına yığışmış insanlara atəş açıb.

Azadinform-un “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Yaralılardan ikisi qadın, ikisi isə yeniyetmə oğlandır. Həkimlərin sözlərinə görə, yaralılardan heç birinin həyatı risk altında deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

22.10.2017 10:58 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo