Donald Tramp: Facebook Klintonu dəstəkləyirdi

ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Tvitter” səhifəsində yazıb.

“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib.  “Facebook” mənim yox, onun tərəfindəydi!”, - deyə D.Tramp qeyd edib.

Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib. 

22.10.2017 10:32 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo