Bakıda 3 otaqlı mənzil yanıb

AZADİNFORM. Bakıda yanğın hadisəsi qeydə alınıb.

Azadinform-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib. Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  

21.10.2017 21:56 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo