"Barselona" Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədir

Kataloniyanın "Barselona" klubu argentinalı forvard Lionel Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

Azadinform ESPN nəşrinə istinadən xəbər verir ki, bunu klubun baş direktoru Oskar Qrau deyib.

"Messi iyunda dörd illik müqavilə imzaladı, lakin klub ona ömürlük saziş təklif edəcək. Biz istəyirik ki, Messi karyerasının sonunadək komandada qalsın, çünki o, futbol ilahəsidir. Və biz istəyirik ki, o, karyerasını bitirdikdən sonra yenə də "Barselona"da qalsın", - deyə nəşr baş direktorun sözlərini sitat gətirib.

30 yaşlı Messi 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur. Onun hesabında 30 titul var. O, Kataloniya klubunda keçirdiyi 596 oyuna 522 qol vurub.

21.10.2017 21:19 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo